300 bal toplayan məktəbli hədəflərini açıqladı

"Hər zaman yüksək nəticələr əldə etməyi hədəfləmişəm. Bu nəticəni gözləyirdim, eşidəndə daha da həyəcanlandım".
BAKU.WS xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Bakı şəhər 89 saylı orta məktəbin şagirdi, imtahanda 300 bal toplayan Aişə Bağırova deyib.
"4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Azərbaycan Tibb Universitetinə qəbul olmaq, ümumi cərrahiyə üzrə ixtisaslaşmaq istəyirəm. İlk təhsilimi Azərbaycanda, daha sonra ixtisaslaşmaq üçün xaricdə təhsil almağı hədəfləmişəm. Məqsədim vətənimizə xeyirli olacaq işlər görmək, layihələr hazırlamaqdır.
İmhatana hazırlıq müəllimlərim elə öz məktəbimin müəllimləridir. Hər birinin əməyi, zəhməti, mənə ayırdıqları diqqətin sayəsində bu gün yüksək nəticə əldə etməyi bacardım".
Aişə Bağırova 300 bal toplamaq üçün çox çalışmağın və diqqətli olmağın əsas faktor olduğunu deyib: "Blok imtahanında da məqsədim 400 bal yığaraq, maksimum nəticə əldə etməkdir. Gecə - gündüz çalışıram, müxtəlif vəsaitlərdən istifadə edirəm, müəllimlərin dediklərini yerinə yetirirəm.
Bu nəticəyə ailə üzvlərim də çox sevindi, onların da gözləntiləri var idi. Mənim ruhdan düşdüyüm zamanlarda onlar mənə dəstək olurdular. Onlar verdikləri dəstək nəticəsində bu uğuru qazana bildim. Sualların səviyyəsinə gəldikdə yaxşı oxuyan hər kəs üçün bu nəticəni əldə etmək mümkün idi. Diqqət və bilgi bir araya gələndə suallara cavab vermək rahat olur. Sınaq imtahanlarında həmişə 292 -294 bal toplayırdım".
Xatırladaq ki, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Oxşar xəbərlər
Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?
Azərbaycanda bankların POS-terminallara görə tətbiq etdiyi xidmət haqları yüksək olaraq qalır. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu vəziyyət b...