30 manatlıq birdəfəlik maddi yardım 24 min əlilliyi olan şəxsi əhatə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Həssas əhali qruplarına dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüs çərçivəsində 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə müvafiq kateqoriyaya aid şəxslərə birdəfəlik maddi yardım göstərilib.
BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Qurumdan bildirilib ki, ünvanlılığın və daha ədalətli, obyektiv yanaşmanın təmin olunması məqsədilə maddi yardımlar müraciət edən şəxslər arasından orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə I dərəcə əlilliyi olan şəxslərə, əlilliyi olan uşaqlara və əlilliyi olan tənha ahıllara ödənilib.
Məlumata görə, 30 manat məbləğində birdəfəlik maddi yardım respublika üzrə ümumilikdə 24 min imtiyazlı şəxsi əhatə edib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...