3 min abonentin qazı KƏSİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Cəlilabad rayonunda 3 min abonentin qazla təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olacaq.
Bununla əlaqədar Cəlilabadın rayon mərkəzində qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı sentyabrın 26-da saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...