Azərbaycanda fəaliyyət göstərən "Discovery travel” adlı turizm şirkətinin işçisi Nərminə Əliyeva turistlərin 100 min dollardan artıq pulunu mənimsəyib. 
  
"Discovery travel” turizm şirkətindən şikayətçi olan bəzi şəxslər BAKU.WS-ə şikayətlərində bildiriblər ki, şirkətin N.Əliyeva adlı işçisi xarici ölkələrə 100 min dollardan artıq sifariş götürüb və otelə ödəniş etməyib. Şikayətçilərin sözlərinə görə, turizm şirkəti saxtakarlıq edərək oteldə 2 gecənin ödənişini edir lakin turistlərə otelin 10 günlük pulunu ödənildiyi məlumatını verir.  

Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov ilə əlaqə saxladıq. Onun sözlərinə görə, şikayətçilər artıq məsələ ilə müfaviq qurumlara müraciət ediblər. 

"Discovery travel” turizm şirkətinin işçisi Nərmin Əliyeva dələduzluq edib. Onun etdiyi hərəkətə görə şirkət də məsuliyyət daşıyır. Biz onlarla əlaqə saxlamağa cəhd etdik. Lakin zənglərə cavab verən olmadı. Bu cür turizm şirkətləri lisenziyasız fəaliyyət göstərərək Azərbaycanda turizmin inkişafına da kölgə salır. Onlara görə xaricdəki partnyorlarımızda ölkəmiz haqda mənfi təəssürat formalaşır”, - deyə Nahid Bağırov bildirib.  

Qeyd edək ki, BAKU.WS şikayət daxil olan "Discovery travel” şirkəti ilə əlaqə saxlamağa cəhd etdi. Lakin şirkətdən zənglərimizə cavab verən olmadı. 
 
İman
BAKU.WS