SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyada tanınmış azərbaycanlı aşbaz Stalik Xankişiyev politoloq Tofiq Abbasovun cavabını verib. 

BAKU.WS-in məlumatına görə, NTV kanalında aparıcılıq edən S.Xankişiyev Tofiq Abbasov barədə sosial şəbəkədə status yazıb. O, T.Abbasovu tənqid edib. 

"Tofiq Abbasov adlı biri haqqımda fikir bildirib və nədənsə məni "yoldaş" adlandırır. Bilmirəm, cənab Tofiq Abbasov, məni və sizi nə "yoldaş" edə bilib - biz fərqli dillərdə danışırıq və mən sizin fikirləri xam hesab edirəm. Ona görə də mənim şərhim Sizə deyil, digər oxuculara ünvanlanıb. Anton Nosik Azərbaycana ziyan vurub? Sözsüz ki, vurub. 

Azərbaycana Anton Nosik kimi minlərlə adam ziyan vurur. Bax, bu yaxınlarda birini Azərbaycana gətirib, mühakimə edirlər, eşitmisiniz? Amma elə eyni ziyanı Anton Nosik Suriyaya və onun xalqına da vurub. Onu buna görə mühakimə ediblər və cəza da verilib. Qeyd edim ki, Suriyada yox, Rusiyada mühakimə ediblər. İndi isə sual: Moskvada nə qədər hüquqşünas və vəkil azərbaycanlı yaşayır? Rusiyanın hüquq-mühafizə orqanlarına heç olmasa bircə dənə müraciət edilibmi ki, cənab A.B.Nosik Rusiyanın qanunlarını pozub? Xeyr. Bizi əhatə edən dünyada bircə nəfər də tapılmaz ki, Anton Nosikin kiminsə "sümüklərini yumağını" təqdir etsin, bunlar Azərbaycanın əleyhinə olsa da. İstənilən "sümük yuma" iyrəncdir - bu, əxlaq və müasir dünyanın normasıdır. Hətta bu düşmən döyüşdə məğlub olubsa da, onun meyitini yalnız vəhşi ələ sala bilər. 

Rəqibin ölümünü yox, qələbəni bayram edirlər. Normal davranış həlak olmuş rəqibin cəsədini dəfn üçün qarşı tərəfə ötürməkdir, başını kəsib, taxtaya keçirmək yox. Beləliklə, iddia edirəm, siyasi rəqibin (hətta cinayətkar olsa da, lakin onu heç bir məhkəmə cinayətkar kimi qəbul etməyib) ürək tutmasından ölümünə açıq şəkildə sevinən azərbaycanlılar Azərbaycanın imicinə elə Anton Nosik qədər ziyan vururlar. Bəlkə də daha çox. P.S. Tofiq Abbasov, zəhmət olmasa, deyin: Erməni propaqandaçıları deyir ki, Spitak zəlzələsindən sonra guya Azərbaycanda sevinir və rəqs edirdilər. Bu şayiə mənsub olduğum xalqın insanlıqdan kənar olduğunu göstərmək üçün ən güclü vasitələrdən biridir. Mən həmin vaxt Özbəkistanda yaşayırdım, bilmirəm, belə şey olub, ya yox. Ona görə də Sizdən soruşuram - belə vəhşilik həqiqətən də olubmu? Ona görə soruşuram ki, internetdə bircə dənə də fakt tapa bilmirəm. Siz isə öz düşünülməmiş məqalənizlə elə indi belə fakt qoydunuz. İndi Azərbaycan xalqının düşmənləri əsaslı şəkildə haqqımızda deyəcəklər ki, biz sümüklərin üstündə rəqs edə bilərik".
 
Anton Nosik rusiyalı ermənipərəst köşə yazıçı olub. O, məqalələrində bir neçə dəfə Azərbaycan xalqını təhqir edib.

Qeyd edək ki, Tofiq Abbasov Stalik Xankişiyevin Anton Nosikin ölümünə sevinməsini pisləmişdi. O, ölülərin dalınca danışmağın müdrüklük olmadığını qeyd edib.    
Tuncay
BAKU.WS