Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.
 
Qafqaz Müsəlmanları İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, artıq elan edildiyi kimi, bu il Aşura günü 24 oktyabr  2015-ci il tarixinə təsadüf edir.
 
Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.
 
Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik: 
 
1. Yasamal rayonu Təzəpir məscidi;
2. Yasamal rayonu Hacı Soltanəli məscidi;
3. Səbail rayonu Bibi-Heybət məscidi;
4. Səbail rayonu İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu Qaraçuxur məscidi;
6. Xəzər rayonu "Mir Mövsüm ağa” məscidi;
7. Nizami rayonu Keşlə qəsəbə məscidi;
8. Sumqayıt şəhər "Cümə” məscidi;
9. Gəncə şəhər "İmamzadə” məscidi;
10. Mingəçevir şəhər "Heydər” məscidi;
11. Şəki şəhər "Cümə” məscidi;
12. Lənkəran şəhəri Böyükbazar məscidi;
13. Bərdə şəhər "Cümə” məscidi;
14. Nəsimi rayonu Əjdərbəy məscidi.
 
Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.
 
Şahin Həbibov
BAKU.WS