VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yol polisi xidmətə çıxarkən üstündə odlu silah gəzdirir.

 

Bu barədə BAKU.WS-ə oxucular məlumat veriblər. Onlar xidmətdə olarkən yol polisinin tapança ilə şəklini çəkərək redaksiyaya göndəriblər.

Oxucuları maraqlandırır ki, yol polisi xidmətə çıxarkən odlu silahdan istifadə edəcəkmi? Suala cavab tapmaq üçün Baş Dövltə Yol Polisi İdarəsilə əalqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, hər bir hüquq-mühafizə orqanı əməkdaşı kimi yol polisi də odlu silahdan istifadə edə və gəzdirə bilər.


"Hər bir yol polisinin adına odlu silah qeydiyyatda olur. Yol polisi də xidmətə çıxan zaman odlu silah götürə bilər. Müvafiq ərazilərə çıxarkən yol polisinə odlu silah verilir”, - deyə qurumdan bildirilidi.

Həmçinin əlavə edildi ki, odlu silahla yanaşı yol polislərinə elektroşok da gəzdirməyə icazə var. Əgər lazım gələrsə yol polisi hansısa cinayətkarı zərərsizləşdirmək üçün elektroşokdan istifadə edə bilər.

Ziya Səccad

BAKU.WS