11 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Nemətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək.

Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində yollarına davam edəcəklər.
 
BAKU.WS