SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda abdominoplastika əməliyyatını ən çox icra edən cərrahlar siyahısında olan "Stimul hospital”ın ümumi cərrah operator doktor Elvin Əliyev saytımızın qonağıdır. 

Doktor Elvin Əliyevin BAKU.WS-ə müsahibəsini təqdim edirik: 

 - Qarında hansı plastik əməliyyatlar edirsiz?

- Ilk öncə öz adımızdan klinikamızın adından oxucuları salamlayırıq. Sualınıza gəldikdə isə bəli tamamılə doğrudu xanımların bir problemi olur çəki artıqlığı. Çəki artıqlığın müəyyən bir yollarla verikdən sonra bu olsun dieta mədə kiçiltmə əməliyyatları, daha sonra xanımlara sallanmalar həmin xanımlara problem olur. Daha çox qarın bölgəsində sallanmala bizə müraciət edirlər. Biz qarın bölgəsində müxtəlif tip əməliyyatlar icra edirik.  Yəni bu şikayətləri aradan qaldırmaq üçün. İlk öncə mini abdominoplastika, full abdominoplastika genişləndirilmiş abdominoplastika və bunların ən sonuncu belə deyim tətbiq olunanı bodilif əməliyyatı. Təbii ki, bu əməliyyatlar pasientin şikayəti dinlənilir və xətəmizə baxdıqdan sonra hansı əməliyyatın tətbiq olunduğu lazım olduğu seçilir və xəsətəyə izahlı şəkildə bildirilir ki sizə bu əməliyyat lazımdı. Və sonra xəstənin istəkləri və bizim məsləhətimiz əsasında hansı əməliyyatın tətbiq olunduğu qərarı verilir və icra olunur.

- Həkim dediniz ki, xanımların və bəylərin istəyi nəzərə alınır. Sizin yanınıza gəlib daha çox nəyi istəyirlər, nəyin arzusunda olduqlarını qeyd edirlər?

- Bəzən xəstələrin istədiyi ilə həkimlərin tətbiq edə biləcəyi üst-üstə düşmür və bəzəndə düşür. Təbii ki, bütün sallanmaların bir anda ləvğ olunmağı mümkün deyil tamamilə birdən ləvğ olunsun. Bəzəndə olur ki, tamamilə onıların şikayətləri tamamilə birdəfəyə ləvğ oluna bilir. Təbii ki, bu individual olaraq yəni xəstə seçimi samanı müəyyən olunur. Xəstə baxışından sonra müəyyən sonra müəyyən olunur ki bəli tətbiq eləmək olar və ya tətbiq eləmək olmaz.

- Abdominoplastika. Ən çox icra olunan əməliyyatlar siyahısındadır xüsusi ilə sizin tərəfdən. Varmı bir statistik məlumat neçə əməliyyat etmisiz?

- Təxminən hər ay ərzində ən azı 20 xanım sırf abdominoplastika səbəbi ilə əməliyyat  olunur.

- Amma çox ciddi rəqəmdir. Azərbaycan üçün çox ciddi rəqəmdir. 

- Sözsüz

- Təbrik edirəm sizi. Bu gənc yaşında belə nailiyyat qazanmısınız. 

- Çox sag olun.

- Ümumiyyətlə abdominoplastika haqqında nə deyə bilərsiniz Bu əməliyyatı kimlərə etmək olar kimlərə etmək olmaz. Çünki bəzən olur ki, xanım gəlir deyir ki,  abdominoplastika istəyirəm və siz də deyirsiniz ki, əməliyyat olmaz. 

- Abdominoplastika çəki itkisi üçün icra olunan əməliyyat deyil. Bizə müraciət edən xəstələr 2 qrupa bölünür. Birinci arıqlamaq istəyən xəstələr, ikincisi belə deyək sağlamlıq şikayətlərini ləvğ eləmək istəyən xəstələr. Yəni bir xəstənin arıqlamaq üçün bu əməliyyata gəlməyi düzgün deyil. Amma bəzən olur ki, yalnız yəni piyin və dərinin xaric olunması əməliyyatı icra olunur. Bu da xəstənin istəyi nəzərə alınaraq uzun müddət dietadan effekt görmürsə mədə kiçiltmə əməliyyatından imtina edirsə sözsüz ki, əməliyyat icra olunur. Abdominoplastika əməliyyatı isə qarının ön divarında fartuku götürmək, düz əzələ diastazını ləvğ eləmək və pasientə mükəmməl bir quruluş vermək üçün icra olunan bir əməliyyatdır. Əməliyyatın müddəti təxminən 1,5-2 saat çəkir. Bu pasientdə olan problemdən asılıdır. Əməliyyatdan sonrakı dövr biz 2 gün pasientimizi klinikada saxlayırıq. Əməliyyatdan 1 gün sonra pasientimiz tam aktiv olur.

- Həkim əməliyyat anesteziya altında aparılır yoxsa?

- Sözsüz ki biz ay ərzində icra etdiyimiz əməliyyatların təxminən 70 % siman narkozla eləyirik. Yəni biz hal-hazırda iri həcmli bodilift əməliyyatında belə xəstə siman narkozda bizimlə danışır. Nə zaman biz ümumi narkoz məsləhət görürük. Sözsüz ki, bu bizim anetezioloqun işidi, amma adətən xəstələr özləri siman narkozdan imtina etdikdə biz ümumi narkozla da icra edirik. Amma hal hazida məsləhətimiz siman narkozudu. Xəstəmizin reabilitasiya müddəti 7-10 gün, bəzən 14 gün çəkir. Xəstə əməliyyatdan sonra təxminən 2-3 dəfə sarğı üçün bizə müraciət edir. 1 həftə 10 gün sonra pasient normal iş fəaliyyətinə qayıda bilər.

- Siz müsahibə zamanı bir neçə dəfə bodilift sözünü işlətdiniz. Bodilift nədir?

- Bodilift əməliyyatı qarın plastikaların ən son tətbiq olunan cərrahi proseduradır. Bu əməliyyat Azərbaycanda bir neçə ildir ola bilsin ki, icra olunur, yəni nəticələrini biz təxminən 10-a yaxın əməliyyat biz icra etmişik və nəticələrini biz paylaşmişiq.  Mədə kiçiltmə əməliyyatlarında və dieta ların tətbiqindən sonra ümumi çəkisini verirsə sonra yeni bir problem meydana gəlir, xəstədə sallanmalar meydana gəlir. Hamiləlikdən sonra əgər xəstə sallanma olursa bu yalnız qarının ön divarında olur. Amma xəstə 130-135 kiloqramdan 70 kiloqrama düşürsə bunda sallanma təkcə qarında deyil, bel kürək nahiyələrində sallanması olur və xəstələr bir neçə dəfə əməliyyat olunmaq məcburiyyatında qalır. Əməliyyat təxminən 3 saat müddətində çəkir. Abdominoplastikada xəstə belə deyək bir əməliyyatla qarında olan sallanmadan, beldə olan sallanmadan, kürəkdə olan sallanmadan eləcədə olan sallanmasını da aşağı ətrafda budun bayır səthinin dərisinin sallanmasını bir birə götürülür.

- Həkim bəzən abdominoplastika təkrardan lazım oliur. Olurmu ki, təkrar bu əməliyyata müraciət edir xəstələr, yoxsa bir dəfə oldu  qarın ömürlük düz qalır?

-  Bu tip cərrahiyyə əməliyyatlar elə bir əməliyyatlar növləridi ki, sözsüz ki, tam 100% nəticə vermir. Kimsə deyir ki, yüzdə yüz nəticə var bu əməliyyatlarda düzgün deyil. Təkrar əməliyyat sözsüz ki, olur. Təkrar əməliyyatla bizə xəstə müraciət edir ki, ilk öncə dəqiq qiymətləndirmə lazımdır. Həqiqətən xəstəyə ikinci dəfə təkrar əməliyyat lazımdır? Çünki təkrar  abdominoplastika ilk öncə tətbiq olunan çox ağır proseduradır. Həm əməliyyatın icrası həm əməliyyatdan sonrakı dövr, yəni birinci abdominoplastika kimi deyil. Ona görə xəstəyə vacibdirsə bu əməliyyat icra olunmalıdır. Onun üçün də birinci zaman qiymətləndirilməlidir, yəni birinci əməliyyatdan nə qədər zaman keçib. Ümumiyyətlə altı ay müddətində xəstəyə heç bir prosedura icra etmək olmaz. Gözləmək lazımdır ki, birinci əməliyyatın tam  nəticəsi müəyyən olunsun, ondan sonra xəstədə olan qüsurlar müəyyən olunsun. Təkrari əməliyyatlar bir çox səbəbdən olur. Birinci xəstənin özü istədiyin ala bilmir həkimdən, ikinci də həqiqətən də yəni problemlər olur. Bunun ən çox səbəbi daha çox bizdə olan problemlər xəstələrdə kiçik kəsiyi aparılaraq yəni kiçik kəsiklə icra olunan abdominoplastikadan sonra olur ki, xəstələrdə el arasında qulaqlar deyilən nahiyələr qalır, yəni bel nahiyəsində piy hissələr qalır. O da əməliyyat zamanı kiçik kəsiyin tətbiqindən əmələ gələn bir qüsurdur. Sözsüz ki, bu zaman tək həmin nahiyələr götürülərək problemlər həll olunur.

- Sizin çalışdığınız klinika xəstələr üçün hansı güzəştləri nəzərdə tutur?

- Şəhid ailələrindən müraciət olduqda, yalnız klinikanın minimal xərcləri ödənilməklə (əməliyyatın təxmini 30%) əməliyyatı həyata keçiririk. Hər imkansız ailədən ayda 1 nəfər tamamilə pulsuz əməliyyat olunur.   
 
Daha ətraflı əlaqə vasitələri: 
 
Instagram: Dr_Elvin_Ali