13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Son 3 gün ərzində Bakı Beynəlxalq Avtovağzal ərazisi, Biləcəri dairəsində böyük tıxac müşahidə olunur.


BAKU.WS
-in məlumatına görə, saat 19:00-dan başlayaraq "Şamaxınka” adlanan ərazidən Biləcəriyə gedən istiqamətdə, eləcə də Bakı-Sumqayıt yolunda böyük böyük tıxac olur. Sıxlıq təxminən 3 saatdan çox davam edir.

Maraqlıdır ki, həmişə Biləcəri dairəsində yol polisləri olur. Lakin tıxac zamanı yol polisi gözə dəymir. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə bildirdilər ki, əsasən PİK saatlarında şəhərin bəzi yollarında həmişə tıxac olub. Avtovağzal ərazisi də sıxlıq yananan yerlərdən biridir: "Orada yol polisləri olur. Lakin bəzən yol polisi də tıxacı aça bilmir. Çünki hazırda şəhərdə avtomobil çoxdur”.

Ziya Səccad
BAKU.WS