SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının borcu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, müraciətdə müştərilərə kredit ödənişlərini onlara yaxın ərazidə yerləşən "MilliÖN” Ödəmə Sistemi vasitəsilə həyata keçirmələri bildirilir. Bunun üçün terminalda "Bank Xidmətləri” bölməsini, ardınca ADIF bölməsini seçmək, şəxsiyyət vəsiqəsində olan "PİN” kodunu daxil etmək, məlumatı təsdiq etmək lazımdır.

Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adını seçmək lazımdır. Seçilmiş bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçməlidir. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli” düyməsi seçmək və qəbzi terminaldan götürmək lazımdır.
 
BAKU.WS