SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Beynəlxalq Bank" fiziki şəxslərə xidmət üzrə mütəxəssis (Bərdə Filialı) vəzifəsinə işçi qəbulu elan edir.
 
Fins.az-ın məlumatına görə, iqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsilli, mikro kredit sahəsində ən azı bir il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.  

 Vəzifə öhdəlikləri:

- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
- Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək; 
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Davranış səriştələri:

- Müştərilərlə nəzakətli ünsiyyət;
- Müştərilərə vaxtında və düzgün xidmətin göstərilməsi;
- Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.

Vakant vəzifə üzrə tələblər:

- Ali təhsil;
- Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı (ingilis dili biliyi namizəd üçün əlavə üstünlük sayılır). 
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Bank sahəsində 1-3 il iş təcrübəsi; 
- Ünsiyyət qurma bacarığı, işə məsuliyyət.

Əlavə keyfiyyətlər:

- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti; 
- Təzyiq altında çalışa bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  10 may  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının "Müştəri xidmətləri üzrə mütəxəssis (əməliyyatçı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
 
BAKU.WS