SİZİN REKLAM BURADA!
055 213 76 73


 
​Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

BAKU.WS-in məlumatına görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbir Yasamal Rayon Polis İdarəsinin və rayon Qeydiyyat Şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə iyunun 1-də gerçəkləşib.

​Uşaqların Beynəlxalq Müdafiəsi günündə təşkil edilən tədbir çərçivəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gedən əməkdaşlar bir ilkə imza atıblar. Həmin gün dünyaya göz açan, Yasamal rayon qeydiyyatına düşən 3 körpənin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini onların valideynlərinə təqdim ediblər. 

​Gələcəkdə belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
 
BAKU.WS