SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanda taksi xidmətləri günü-gündən artmaqdadır. Bəs görəsən paytaxtımızda xidmət göstərən taksi şirkətləri arasında ən ucuz qiyməti hansı təklif edir? 
 
BAKU.WS bunun üçün kiçik bir araşdırma aparıb. Taksi şirkətlərinin təklif etdiyi qiymətləri iki ünvan üzrə müəyyənləşdirərək yekun nəticə əldə etdik.
 
Bakıda xidmət göstərən taksi şirkətlərinin İçəri şəhərdən (Nizami küçəsi 1) 28 May metrosu və İçəri şəhərdən (Nizami küçəsi 1) Əhmədli metrosuna kimi təklif etdiyi qiymətləri təqdim edirik: 
 
OK TAXI28 May metrosu - 2,53 AZN; 
 
Əhmədli metrosu - 6,87 AZN
 
City Taxi - 28 May metrosu - 2,86 AZN
 
Əhmədli metrosu - 7,18 AZN

Xalq taksi - 28 May metrosu - 2 AZN; 
 
Əhmədli metrosu - 5.40 AZN

Ekonom taksi 28 May metrosu - 2,60 AZN;

Əhmədli metrosu - 6,80 AZN

Taxi 24 - 28 May metrosu - 2,50 AZN

Əhmədli metrosu - 6,90 AZN

189 - 28 May metrosu - 3 AZN;

Əhmədli metrosu - 8 AZN
 
Salam Taxi - 28 May metrosu - 2,20 AZN
 
Əhmədli metrosu - 4,77 AZN
 
London Taxi - 28 May metrosu - 3,44 AZN;

Əhmədli metrosu - 9,72 AZN
 
Uber - 28 May metrosu - 2,87 AZN;

Əhmədli metrosu - 6,08 AZN
 
Utap - 28 May metrosu - 2,77 AZN;

Əhmədli metrosu - 6,80 AZN
 
Elit taxi28 May metrosu - 2,84 AZN

Əhmədli metrosu - 5,09 AZN
 
Nazim Babayev
BAKU.WS