SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı bizim mərkəzə daxil olan müraciətlərin də sayı da artır.
 
BAKU.WS-in məlumatına görə, iqtisadçı-alim Vüqar Bayramov sosial mənzillərlə bağlı yaranan suallara cavab verib: 

Hal-hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?

Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.

Kredit borcu olanlar sosial mənzil ala bilərlərmi?

Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu mümkündür.
 
Müraciətlər neçə mərhələli olacaq?
 
Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.
 
Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?
 
Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru Samir Nuriyevin sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq. S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.

Şahin Həbibov
BAKU.WS