13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
 
Bakıda yol qaydalarına uyğun hərəkət edə bilməyən qəzəbli sürücülərin videoları yayılıb.
 
BAKU.WS redaksiyasına daxil olan görüntülərdən sürücülərin kobud qayda pozuntuları etdiyini müşahidə etmək mümkündür. Kadrlarda sürücülərin kobud hərəkətləri əks olunub.
 
Müəyyən olunmuş yol hərəkəti qaydaları olmasına baxmayaraq bəzi sürücülər düz olduqlarını sübut etməyə çalışırlar. Nəqliyyat vasitəsinə maneə olan sürücü manevr zamanı səhvə yol verir. "Ağıllı" sürücü buna baxmayaraq əl-qol hərəkətləri ilə digər avtomobil sürücüsünə irad da bildirir.
 
Bu cür sürücülər təəssüf ki, bəzən manevr zamanı dönmə işığını yandırmalı olduqlarını  və daha sonra ötmə əməliyyatını yerinə yetirməli olduqlarını unudurlar. Tıxaclarda necə gəldi sürərək digər avtomobillərə qəzalı şərait yaratmaqla məsuliyyətsizlik etmək istənilən halda xoş qarşılanmır. Şumaxer kimi sürətli olmaqla və sonra Aristotel kimi ağıllı-ağıllı danışmaqla bütün qaydaları pozan bu cür sürücülər qəzaların da sayının artmasında əvəzsiz rola malikdirlər.
 
Həyat çox qısadır, onu kobudluğa və boş sözlərə görə korlamağa dəyməz. Nəqliyyatda diqqətli olmaq və qayda-qanunlara riayət etmək həm sizin, həm də digər vətəndaşların təhlükəsizliyi üçün önəmlidir. 

Tofiq Babayev
BAKU.WS