SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 
 
"Azəravtoyol” ASC-dən BAKU.WS-ə daxil olan məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək. 

"Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

BAKU.WS