2500 şəhid ailəsi üzvü, qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub

2500 şəhid ailəsi üzvü, qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub
Sosial 45

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinin, bu müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir.

BAKU.WS xəbər verir ki, müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 2500 şəxs (o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü) aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilirlər. 250-dək şəxsin isə ödənişli ictimai işlər, digərləri əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

2500 şəhid ailəsi üzvü, qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qarabağ müharibəsindən zərər çəkən 1000-ə yaxın şəxs aktiv məşğulluq proqramına cəlb olunub

Qarabağ müharibəsindən zərər çəkən 1000-ə yaxın şəxs aktiv məşğulluq proqramına cəlb olunub

Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin məşğulluq məsələlərinin həlli, özünüməşğulluq proqramına cəlb edilərək kiçik bizneslərinin qurulması istiqam...

70 Sosial 21:09 18 dekabr 2020

Son xəbərlər