25 Vətən müharibəsi şəhidinin övladına XİTAB: "Türkiyə sizi bağrına basacaq" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyilə Vətən müharibəsi şəhidlərinin övladları Türkiyənin Sivas Universitetinə təhsil almağa yola salınıb.
BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, 25 şəhid övladının təhsil haqları, yaşayış və digər xərcləri TÜİB tərəfindən qarşılanacaq. Şəhid uşaqlarına uğurlar arzulayan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı şəhidləri ehtiramla anaraq bunları qeyd edib:
"Türkiyə sizi bağrına basacaq. Siz türk millətinə əmanətsiniz. Siz Türkiyə ilə Azərbaycan arasında qurulacaq yeni körpülərin ən önəmli sütunlarından olacaqsınız".
Oxşar xəbərlər
Azərbaycanda təhsil kreditlərinin verilməsi qaydası AÇIQLANDI
Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və...