Bakıda sürücü ilə piyada arasında mübahisə yaranıb.
 
BAKU.WS xəbər verir ki, yerüstü keçid ola-ola piyada avtomobil yolundan keçməyə cəhd göstərir. Bu zaman avtomobilini saxlayan sürücü əvvəlcə qadına əsəbləşsə də sonradan yolu qaydanı pozaraq keçməyin riskli olduğunu uzah edir. Bildirir ki,  bu həm onun həyatı həm də sürücülər üçün ciddi təhlükədir. Daha sonra sürücü qadına yerüstü keçidi göstərərək ondan istifadə etməyi tövsiyyə etsə də qadın onun sözünü dinləmədən yolu keçməyə davam edib.
 
Qeyd edək ki, piyadalar yol hərəkəti qaydalarının pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İnsanların müəyyən olunmayan yerlərdən keçdiyinə görə 20 manat miqdarında cərimə olunurlar. Əfsuslar olsun ki, bəzi piyadalarımız "Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinə əməl etməmələri nəticəsində cərimə olunduqda, bəzən bunu xəbərdarlıqla da  kifayətlənə biləcəyini söyləyirlər. Qanunvericilikdə piyadalar tərəfindən yol hərəkəti qaydalarını pozulmasına görə yalnız cərimə nəzərdə tutulub. Bu cərimələr də yeraltı, yerüstü keçidlərin olduğu ərazilərdə  qaydaları pozan piyadalara tətbiq olunur. Ona görə də piyadalarımız diqqətli olmalıdırlar. Yeraltı, yerüstü keçidlərimiz olan ərazilərdə yolun hərəkət hissəsinə çıxaraq, həm özlərini, həm də digər əks tərəfdə olanların həyatını təhlükə altına qoymamalıdırlar.
 
Aynur Ələkbərova
BAKU.WS