VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxt Bakıda daha bir maraqlı sorğu keçirilib.
 
BAKU.WS xəbər verir ki, bu dəfə paytaxt sakinlərinə Azərbaycan Dövlət Himninin sözlərinin və musiqisinin kimə məxsus olduğuna dair sual verilib. Əksəriyyət sualı doğru cavablandırsa da çoxları himnimizi ərsəyə gətirənlərdən xəbərsiz olub. Bəziləri isə hətta himnimizin bəstəsinin Fikrət Əmirova sözlərinin isə Bəxtiyar Vahabzadəyə aid olduğunu söyləyiblər.
 
Bilməyənlər üçün isə xatırladaq ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilib.  Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan verməyib.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilərək "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib.
 
Qeyd edək ki, sorğunu Kanal 24 internet televiziyası keçirib.
 
Aynur Ələkbərova
BAKU.WS