Bu gün Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür

Bu gün Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür
Siyasət 1922
 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk Demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib və düz 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edib.

1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq komissarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Azərbaycanın Milli Şurası Gəncəyə köçdü. Azərbaycanın bir qütbündə - Gəncədə Azərbaycan milli höküməti, Bakıda isə daşnak höküməti fəaliyyət göstərirdi.

Şaumyan başa düşürdü ki, Gəncədə yerləşən milli hökümət xalqın dəstəyinə arxalana bilər. Bu səbəbdən mərkəzdən yeni hərbi qüvvə tələb olundu. Məqsəd Gəncə istiqamətinə yürüş edərək, milli höküməti elə beşiyindəcə boğmaq idi. Bu istəyi reallaşdırmaq üçün Gəncə istiqamətində hərəkət başlandı. Azərbaycan milli höküməti isə Nuru paşanın rəhbərlik etdiyi Türk Ordusuna arxalanaraq, Bakı istiqamətinə hərəkət etdi. 1918-ci il iyulun 27-də Göyçay ətrafındakı döyüşdə bolşeviklərin dəstəsi darmadağın edildi və şaumyan Xalq Komisarları Şurasının istefasını elan etdi. Əvəzində Bakıda milli hökümət yox, Kaspi diktaturası yaradıldı. Bu, ingilislərin artıq Bakıda faktiki hakimiyyətə gəlməsi idi.

Nuru paşanın hərbi qüvvəsinə arxalanan Azərbaycan höküməti 1918-ci il sentyabrın 15-də Bakıya daxil olur və Azərbaycan milli höküməti bütün Azərbaycanda siyasi hakimiyyəti ələ alır. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir. Azərbaycan parlamentli respublika elan edilir.

Milliyyətçilik, türkçülük, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, bərarbərlik, cümhuriyyətçilik kimi anılan müsavatçılıq ideologiyasının, Müsavat firqəsinin əsası qoyuldu. «İnsanlara hürriyyət , millətlərə istiqlal» şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu. Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Bu hakimiyyət 23-ay faliyyətdən sonra 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut etdi.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalq cümhuriyyətinin idealarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.

BAKU.WS

Oxşar xəbərlər

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

May ayının 30-da qeyri iş günü olacaq. Bu barədə məlumat ANS PRESS-ə Nazirlər Kabinetindən verilib. 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günü məlum ol...

2832 Şou-biznes 15:48 26 may 2016

Son xəbərlər