Bakıda xəttdən çıxarılmış "London taksiləri" rayonlara göndərilir? - RƏSMİ CAVAB

Bakıda xəttdən çıxarılmış London taksiləri rayonlara göndərilir?  - RƏSMİ CAVAB
Sosial 596

Azərbaycana gətirilən “London taksiləri”nin Lökbatan qəsəbəsindəki qarajda baxımsız və yararsız halda toplanması xeyli müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, müzakirələr zamanı yüzlərlə “London TX4” modelli avtomobilin yenidən xəttə buraxılacağı və əsasən rayonlara göndəriləcəyi də iddia edilib.

Bəs, bu avtmobilləri almaq mümkündürmü? “London TX4”ü alacaq şəxslər rayonlarda taksi fəaliyyəti göstərə bilərmi? Bununla bağlı hər hansı qadağa varmı?

Bu suallara cavab tapmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq üçün müvafiq icazələr əldə olunmalıdır:

"1 iyul 2024-cü il tarixindən yaşı yalnız 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilər və bu qayda ölkənin bütün ərazisinə şamil olunur. London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan taksilərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək.

İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır".

Son xəbərlər