SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 

 

Son araşdırmalar "ağıllı telefonlar"ın asılılıq yaratma potensialına sahib olduğunu göstərir. Bu isə sükan arxasında gerçək bir təhlükəyə çevrilir.
 
 
BAKU.WS-in məlumatına görə, Duisburg-Essen Universitetinin araşdırmaçısı Mixael Şreckenberq yol qəzalarında böyük artım ola biləcəyini bildirib.
 
Onun sözlərinə görə, bir ildə baş verən 2 milyon 400 min yol qəzasının 300 mininin internet əlaqəlidir. Mixael xüsusilə də sükan arxasında WhatsApp mesajları oxuyub yazmağın təhlükəli olduğunu diqqət çəkib. 
 
ABŞ-da edilən araşdırmalar sükan arxasında telefonla danışmağın qəza təhlükəsini 6 qat, qısa mesaj oxuma və ya yazmağın isə 20 qatdan çox artırdığını ortaya çıxarıb. Mütəxəssislər, xüsusilə "ağıllı telefonlar"ını əllərindən salmayan gənc sürücülərin təhlükə altında olduğunu bildirir. 
 
BAKU.WS