VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Sentyabr ayının 17-si Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında 3 nəfərin ölümü, 10 nəfərin xəsarət almasına səbəb olan sürücüsü həbs edilib.

BAKU.WS-in məlumatlına görə, bunu ANS PRESS-ə Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi, polis mayoru Cəsarət Bayramov deyib.

Onun sözlərinə görə, hadisəni törədən sürücü qəza vaxtı beyninə qan sızdığı üçün uzun müddət xəstəxanada müayinə edilib.

"Hazırda onun vəziyəti normal olduğu üçün 1988-ci il təvəllüdlü Baloğlan Güloğlan oğlu Ağakişiyev Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirləndirilərək barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətiimkan tədbiri seçilib."

Müstəntiqin sözlərinə görə, Baloğlan Ağakişiyev sürücülük vəsiqəsində "d" kateqoriyası olmadan mikroavtobusu idarəetmə, sükan arxasında yuxulama, sürət həddini aşmayə görə təqsirli bilinir ki, belə olan halda ona, 10 ildən 13 ilə qədər həbs cəzası verilə bilər. Sürücünün iki azyaşlı övladı var.

Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında "Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılmış, nəticədə 3 nəfər dünyasını dəyişmiş, 9 nəfər xəsarət almışdı. Yaralılardan iki nəfərin ayağını dəmir məhəccər qoparmışdı.

Hadisə baş verən zaman ilkin ehtimal olaraq yüksək sürət və sürücünün sükan arxasında yuxulaması göstərilmişdi.