SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
24 fevral 2017-ci il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi”ndə görmə məhdudiyyəti olan uşaqların Brayl əlifbasını öyrənmələrinə yardımçı olacaq  "Braille teach” adlı  qurğunun təqdimatı keçirilib.
 
BAKU.WS-in verdiyi xəbərdə bildirilir ki, qurğu Bank of Baku-nun maliyyə dəstəyi ilə hazırlanıb. 

Keçirilən təqdimetmə mərasimində açılış nitqi ilə iştirak edən internat məktəbinin direktoru İradə Vəzirova cihazın ilkin olaraq bir ay müddətində sınaqdan keçirildiyini və pedaqoji heyət tərəfindən əsasən məktəbəqədər və ibtidai siniflərdə təhsil alan gözdən əlil uşaqların şifahi nitqi və əqli inkişafı üçün əlverişli olduğunu bildirib.  

Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində istehsal olunan bu cihaz, Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə uşaqların Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək.  

Azərbaycanda ilk dəfə tətbiqinə başlanılacaq bu cihaz "Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev tərəfindən ixtira olunub. Tədbirdə çıxış sözü ilə iştirak edən Rəşid Əliyev cihaz və onun istifadəsi haqqında ətraflı məlumat verib, Brayl əlifbasının öyrənilməsində uşaqlar üçün təqdim etdiyi üstünlüklərdən danışıb. Onun sözlərinə görə, bu ilin aprel ayından kütləvi istehsalına başlanılacaq qurğunun Azərbaycanın regionlarında fəaliyyət göstərən məktəblərə də paylanması nəzərdə tutulur. 

Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus, ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir.

Arzu Mirzəyeva
BAKU.WS