SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

 

 

NIKOIL | Bank-ın Bakı şəhəri filialları və Mərkəzi filialının bütün əməkdaşları Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində keçirilən aksiyada iştirak etdilər. 

 

Artıq 10 ildir NIKOIL | Bank  "Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir.


NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil