SİZİN REKLAM BURADA!
055 213 76 73


“Miniboss Business School Baku”nun tələbələri 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının SAGE kateqoriyası (Qlobal mühitin inkişafı üçün startaplar) üzrə 1-ci yerə layiq görülüb.

20-dən çox ölkənin iştirak etdiyi bu tədbirdə ən yüksək nəticə göstərərək və superfinala çıxmaqla “Chaykhor” komandası birinci yerə layiq görülüb. "Chaykhor" beş meyara (innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin sualını cavablama) cavab verməklə 23 komandanı geridə qoyaraq birinciliyin sahibliyini əldə edib.

Qeyd edək ki, bütün komandalar SAGE-Qlobal mühitin inkişafı üçün startaplar və SIFE- İnnovativ sərbəst sahibkarlıqda startaplar kateqoriyalarında təmsil olunub.

İnnovativ sərbəst sahibkarlıqda startaplar kateqoriyasında Azərbaycandan "AzBathty" layihəsi 2-ci yerə, Qlobal mühitin inkişafı üçün startaplar kateqoriyası üzrə isə 3-cü yerə "Sketchio" və "Ecoleaf" komandaları layiq görülüb.

Digər 3 biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun xüsusi qızıl mükafata layiq görülüblər. Bu medallara layiq görülən komandalar "Meyvali", "Dill Buzz" və "Kharı Touch" oldular.

"Miniboss Business School"un Azərbaycanda təsisçisi olan Nərminə Həsənova ikinci dəfə "İlin ən yaxşı franşızası sahibi" adına layıq görülüb.

Digər filial direktorları arasında il boyu nümayəndəliyin effektiv idarəedilməsi ilə seçilən Alina Xələfova isə "İlin direktoru" sertifikatına layiq görülüb.

Pedaqoji fəaliyəti ilə seçilən "Miniboss Biznes" məktəbinin müəllimi Ülkər Əhmədova isə digər filiallardan olan müəllimlərlə yanaşı sertifikatla təltif olundu.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70 filialda mövcüd olan yeganə məktəbdir. Təhsil müəssisəsi özünəməxsus metodikaya əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir.

BAKU.WS