SİZİN REKLAM BURADA!
055 213 76 73


Seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
 
O qeyd edib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini mütəmadi aparsa da, seçkiyə 25 gün qalmışa qədər başa çatdırılmalıdır:
 
"Seçicinin səsvermə hüququnun reallaşdırması mütləqdir. Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər. Kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb".
BAKU.WS