SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır".
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib
 
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir.
 
O qeyd edib ki, maliyyə resurslarına çıxış gələcəkdə də təmin ediləcək:
 
"Bununla belə bankların təşəbbüslərindən də faydalanmaq səmərəli olardı".
BAKU.WS