SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Salatın Əsgərova və Rəşid Behbudov küçələrinin kəsişməsində hərəkət iştirakçıları üçün yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat daxil olub. 

Belə ki, təhlükəli durum birliyin əməkdaşları tərəfindən ən qısa zamanda aradan qaldırılıb.

***10:32

Bakıda Salatın Əsgərova və Rəşid Behbudov küçələrinin kəsişməsində təhlükəli vəziyyət yaranıb.

BAKU.WS xəbər verir ki, güclü külək nəticəsində böyük bir ağac əyilərək kökündən qopmaq təhlükəsi ilə üzləşib.

Mövcud durum həmin ərazidə hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Görüntüləri olduğu kimi təqdim edirik:

BAKU.WS
VİDEO