SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində 15 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.

Həmin müəssisələrdə bu ilin 4 ayında əlilliyi olan 33, 8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib.

Bu barədə BAKU.WS-ə açıqlamasında Xaçmaz Reabilitasiya Mərkəzinin direktoru Rövşən Muradov deyib.

O, bildirib ki, zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Nazirliyin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istqiaməti olaraq, 3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib:

“Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub”.

BAKU.WS