SİZİN REKLAM BURADA!
055 213 76 73



Emin Hüseynov adlı şəxs xəstə anasının sağalması üçün dərmanlar lazım olduğu haqqında sosial şəbəkədə paylaşım edib.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, gənc müğənni Ayaz Babayevə müraciət edən Hüseynov məsələnin icitmailəşdirilməsini istəyib. 

Müğənni onun xahişini yerə salmayıb və paylaşım edib. "Qarabağ”ın gənc yarımmüdafiəçisi Coşqun Diniyev bu məsələyə biganə qalmayıb və Hüseynovun anasına kömək edəcəyini bildirib. 

Qeyd edək ki, Emin Hüseynovun anası Hepatit C və ağciyər xərçəngindən əziyyət çəkir.
 
BAKU.WS