13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

  

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook daha bir yeniliyə imza atacaq.
 
BAKU.WS-in məlumatına görə, sosial şəbəkə istifadəçilər üçün hərəkətli şəkillər xidmətini işə salacaq. Belə ki, artıq profilə sabit dayana şəkillərlə yanaşı, həm də video formatda olan hərəkət edən şəkillər yerləşdirmək mümkün olacaq. 

Facebook-un yaydığı məlumatda, yeni xüsusiyyətin istifadəçilərin profillərinə əlavə dəyişiklik edəcəyi bildirilib. Facebook istifadəçiləri profil rəsmi yerinə qısa videolarla özlərini daha yaxşı tanıda biləcək. 

Facebook yeni xüsusiyyətləri ilk öncə İngiltərə və ABŞ-da test edəcək. Əgər test uğurla başa çatarasa, daha sonra yeni xidmət bütün dünyada istifadəçilərə təqdim ediləcək. 
 
ŞAHİN Həbibov 
BAKU.WS