Keçmiş Baş nazirin xanəndə kürəkəni Bodibildinq üzrə kuboka sahib oldu - FOTO/VİDEO
Azərbaycanlı xanəndə Pərviz Qasımov uğura imza atıb.
BAKU.WS xəbər verir ki, muğam ifaçısı 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib olub.
Yarış Milli Gimnastika Arenasında baş tutub.
Pərviz Qasımov rəqiblərini üstələyərək ilk yerin sahibi olub. Bu barədə xanəndə şəxsi sosial şəbəkə hesabında bildiirb. O yarışdan olan foto və videoları izləyiciləri ilə bölüşərək qalib olduğunu bildirib.
Qeyd edək ki, keçmiş Baş Nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.
BAKU.WS həmin yarışdan olan görüntüləri təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...