SİZİN REKLAM BURADA!
055 213 76 73


"Telegram" tərtibatçıları stiker redaktorunu ehtiva edən yeni versiyanı təqdim ediblər.

BAKU.WS-in xəbərinə görə, istifadəçilər artıq proqramın içərisində öz stikerlərini və ya stiker paketlərini yarada bilərlər.

Yeni stiker yaratmaq üçün mesaj giriş sətirində stiker şəkli olan düyməni sıxmaq lazımdır.Sonra açılmış paneldə "+" düyməsini sıxın, sonra redaktor açılacaq.Orada istənilən şəkli seçib stikerə çevirə bilərsiniz.

Burada siz "Telegram"dan şəkli kəsə, obyekti kəsə, fonu silə, mətn, çertyojlar, emoji, GIF və ya animasiya stikerləri əlavə edə bilərsiniz.Daha yaxşı görünürlük üçün kəsilmiş obyektə ağ çərçivə də əlavə edə bilərsiniz.

Stiker yaratdıqdan sonra istifadəçi onu dərhal çata göndərə və ya yeni stiker paketi üçün bir sıra stikerlər yarada bilər.

Stiker paketinizi içindəki istənilən stikeri göndərməklə paylaşa bilərsiniz.

BAKU.WS