SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" tərtibatçıları iOS istifadəçiləri üçün messencerə öz stikerlərini yaratmaq üçün alət əlavə ediblər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The Verge" məlumat yayıb.

İstifadəçilər qalereyadakı şəkilləri messencerə əlavə etməklə artıq öz stiker dəstlərini yarada bilsələr də, yeni alət daha çox seçimlər təqdim edir.

Bildirilir ki, yenilik stikerlərin üzərinə çəkməyə, mətn tətbiq etməyə və hətta onlara başqa şəkillər əlavə etməyə imkan verir.

Stiker yaratmaq üçün "WhatsApp"da müvafiq paneli açmalı, "Stiker yarat" seçimini etməli və sonra qalereyada istədiyiniz şəkli qeyd etməlisiniz.

İstifadəçilər əvvəllər yaradılmış istənilən stikerləri də redaktə edə bilərlər.

Bunu etmək üçün stiker panelini açmalı, orada lazım olan şəkli tapmalı, uzun klikləməlisiniz və açılan kontekst menyusunda "Stikeri redaktə et" seçməlidir.

Nəşr yazır ki, stikerləri redaktə etmək artıq "WhatsApp"ın veb versiyasında da mövcuddur.

Hələlik, Android istifadəçiləri yalnız digər insanların fərdi stikerlərinə baxa və onlara reaksiya verə və ya daxili süni intellektdən istifadə edərək yeni stikerlər yarada bilərlər.

BAKU.WS