Bakıda aylıq kirayəsi hətta 8 min manata olan bina evləri var. Belə evlər ağlasığmaz dizaynlar və texnoloji avadanlıqlarla təchiz edilib. Əsasən şəhərin mərkəzi hissələrindəki hündürmərtəbəli binalarda olan bu evlərin kirayəsinə son dövrlər maraq azalıb.

"Xəzər TV” xəbər verir ki, Bakıda hətta 8 minə bina evləri kirayə verilir.

Belə evlərin yeri, mərkəzə yaxınlaşdıqca, təmirinə çəkilən xərc artdıqca və ölçüləri böyüdükcə qiyməti artır. Xüsusi ilə də dəniz mənzərəli olduqda.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, əvvəllər aşağı mərtəblərdə olan evlərə tələb çox idisə son illər bahalı mənzillər yeni binaların əsasən yuxarı mərtəbələrində olur. Kirayə vermək məqsədi ilə təmir edilən belə mənzillərdə ən son texnalogiyalardan istifadə edilir.  

Ekpertin sözlərinə görə, bahalı mənzil kirayələri əsasən xarici iş adamları və yaxud səfirlik nümayəndələri üçündür. 2014-cü illə müqayisədə bahalı kirayə evlərə tələb azalıb ki, bunun da mövcud iqtisadi vəziyyətlə əlaqədar olduğu güman edilir.

BAKU.WS