2156 nəfərə pulsuz yoqa terapiyası xidməti göstərilib

2156 nəfərə pulsuz yoqa terapiyası xidməti göstərilib
Sosial 51

Ötən il 2156 nəfərə pulsuz yoqa terapiyası xidməti göstərilib.

BAKU.WS xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, müasir reabilitasiya xidməti növlərindən biri yoqa terapiyasıdır. Bu xidmət göstərilməyə başlanan gündən bəri 10 mindən çox şəxsə yoqa terapiyası xidmətləri göstərilib: "Bu sümük-əzələ sistemində olan problemlərin, həm də psixoloji proboemlərin aradan qaldırılması üçün effektiv üsuldur".

Banu Hüseynli

Son xəbərlər