VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda, o cümlədən paytaxt məktəblərində qızılca xəstəliyi səbəbindən məktəb binasına daxil olarkən şagirdlərin temperaturlarının ölçülməsinə başlanılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu işlər qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində aparılır.

Bundan başqa, şagirdlərlə qızılca xəstəliyi mövzusunda maarifləndirici söhbətlər aparılır, şagirdlərə şəxsi gigiyenalarına xüsusi diqqət vermək tövsiyə olunur.

Qeyd edək ki, son günlər regionlarda və paytaxtda qızılcaya yoluxma hallarında artım müşahidə edilir.

BAKU.WS