Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub - FOTO

Gürcüstanın Qardabani rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, elm adamları, Azərbaycandan gəlmiş qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kitabın müəllifləri Azərbaycanın Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərova və elmi işçi Kamran Ramazanlıdır.
Qeyd edək ki, kitab Azərbaycan və gürcü dillərindədir.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
