Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulacaq

01
dek
2023
17:52
Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenidən qurulacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Yenidənqurma işləri çərçivəsində kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluğundakı hissəsi dəyişdiriləcək.
Xatırladaq ki, bu il mayın 2-də həmin hissədə qəza baş verib.
Oxşar xəbərlər
Azərbaycandan İran sərhədinədək inşa edilən yeni magistral yolun tikintisi yekunlaşır - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisini yekunlaşdırmaq ü...
