Türkiyə səfirliyi: “Zəfər Günün mübarək olsun, Azərbaycan!” - FOTO

Türkiyə səfirliyi: “Zəfər Günün mübarək olsun, Azərbaycan!” - FOTO
Sosial 0

Türkiyənin Azərbaycandakı səfirliyi 8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmətlə yad edir, qazilərə şəfa diləyirik. Zəfər Günün mübarək olsun, Azərbaycan!” - deyə paylaşımda qeyd edilib.

Son xəbərlər