Bu il uşaqlara ən çox qoyulan adların REYTİNQİ - SİYAHI

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.
İqtisadiyyat.az ən çox qoyulan adların statistikasını əldə edib.Bu ilin yanvar-oktyabr aylarını əhatə edən oğlanlar üzrə ilk onluqda birinci yerdə 1345 uşağa verilən Uğur adıdır. Bundan əlavə, 1418 uşağa Əli, 1275 uşağa Yusif, 1254 uşağa Hüseyn, 878 uşağa Məhəmməd, 878 uşağa Ömər, 859 uşağa Raul, 762 uşağa Adəm, 724 uşağa Murad və 613 uşağa isə Ayxan adı verilib.
Bu ilin yanvar-oktyabr aylarını əhatə edən qızlar üzrə ilk onluqda birinci yerdə 1351 uşağa verilən Zəhra adıdır. Eyni zamanda 1173 uşağa Məryəm, 1124 uşağa Zeynəb, 1088 uşağa Aylin, 959 uşağa Nilay, 940 uşağa Fatimə, 910 uşağa Ayla, 870 uşağa Mələk, 754 uşağa İnci və 701 uşağa Miray adı verilib.
Oxşar xəbərlər
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI
Bu ilin dörd ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. BAKU.WS report-a istinadən cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdi...
