SİZİN REKLAM BURADA!
055 213 76 73


"Space" kanalında yayımlanan "Gəl, danış" verilişindəki səhv müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, proqram zamanı bannerə "Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü" yazısı yazılıb. Bu yazı da sosial şəbəkələrdə viral olaraq müzakirə obyektinə çevrilib və lağa qaoyulub.

Məşhurlardan isə bunu Əməkdar artist Sevda Ələkbərzadə də paylaşıb. O fotoya "Necə edib görəsən?" sözlərini yazıb.

"Gəl, danış" verilişinin aparıcısı yaranmış səhvlə bağlı sosial şəbəkə hesabında açıqlama yayaraq bunun leksik səhv olduğunu vurğulayıb:

"Kiçik və texniki səhv. Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən leksik bir səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı. 20-30 ilin redaktorları belə yazıda səhvlər edir. Canımız sağ olsun".

BAKU.WS