2025-ci ildə tibbi xidmətlər üzrə ödənilən məbləğ 786 milyon manat olub
Qurumun tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidməti təşkil edərək fəaliyyət göstərir. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində əldə edilmiş nəticələrə əsasən, 10 ayda icbari tibbi sığorta hesabına icra edilən tibbi xidmətlərin miqdarı 67 milyon, tibbi xidmətlər üzrə ödənilən məbləğ isə 786 milyon manat təşkil edib.
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva bu gün Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, bu, cari ilin 10 ay üzrə proqnozlaşdırılan tibbi xidmətlərin reyestr üzrə miqdarının və məbləğinin 91 faizinə bərabərdir.
O, həmçinin bildirib ki, 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi bir sıra müsbət dinamikanı əks etdirir. Belə ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sığortalıların tibbi xidmətə müraciət sayında 5 faiz artım, icra olunan xidmətlərin ümumi sayında 21 faiz artım, tibbi xidmətlər üzrə ödənilən məbləğdə isə 8% artım qeydə alınıb.
Bununla yanaşı, sığortaolunanların tibbi xidmətə müraciət sayının artması nəticəsində isə ötən illərlə müqayisədə TƏBİB tabeli tibb müəssisələrinə verilən göndəriş sayında 46 % faiz artım müşahidə edilib.
Qalereya
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub
Azərbaycan ilə İordaniya 2026-cı ilin iyunundan etibarən Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planını müzakirə edib. BAKU.WS bu b...