Antiterror tədbirləri zamanı həlak olan mülki şəxs - FOTO

Antiterror tədbirləri zamanı həlak olan mülki şəxs - FOTO
Foto
Sosial 0

Səhiyyə Nazirliyi sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan şəxslərin sayını açıqlayıb.

Məlumata görə, Silahlı Qüvvələrimizin 192 hərbi qulluqçusu şəhid olub. Həmçinin, şəhid olanlardan bir nəfəri mülki şəxsdir.

Həmin şəxs Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində şəhid olan

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Aydın oğlu Fərhadovdur.

Son xəbərlər