2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO

2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO
Sosial 90

İngiltərə və İrlandiyadakı 41 xristian kilsəsi üçün xeyriyyə və inkişaf agentliyi olan Christian Aid 2022-ci ildə iqlim dəyişikliyi səbəbindən ən dağıdıcı təbii fəlakətlər və onların vurduğu maddi ziyanı əhatə edən hesabat dərc edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında və Kubada sentyabr ayında baş verən “İan” qasırğasının 100 milyard dollar maddi ziyana və 40 min insanın didərgin düşməsinə səbəb olub.

Avropada yay aylarında təsirli olan quraqlığın isə 20 milyard dollara başa gəldiyi bildirilir.

2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO

Pakistanda sel fəlakəti nəticəsində 7 milyon insanın didərgin düşdüyü, 30 milyard dollarlıq maddi ziyanın olduğu açıqlanıb:

"Bu təbii fəlakətlər iqlimlə bağlı tədbirlərə təcili ehtiyac olduğunu vurğulayır", - deyə hesabatda qeyd olunub.

Quraqlıq Şərqi Afrikada 36 milyon insana mənfi təsir göstərib.

2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO

Qərbi Afrikada Nigeriya, Kamerun, Mali və Nigerdə isə ​​600-dən çox insanın ölümü ilə nəticələnən sel fəlakətləri nəticəsində 1 milyon 300 min insan didərgin düşüb.

2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO

Keçən il hər birinin vurduğu maddi ziyan 3 milyard dollardan çox olan 10 ayrı iqlim fəlakətinin baş verməsi iqlim böhranı ilə bağlı hərəkətsizliyin maliyyə xərclərinə işarə edir. Maliyyə itkilərinin arxasında milyonlarla insanın həyatı və ağrı hekayələri dayanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qar yağacaq, şaxta olacaq - Dekabrın hava proqnozu

Qar yağacaq, şaxta olacaq - Dekabrın hava proqnozu

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə,...

2913 Sosial 09:45 01 dekabr 2022

Son xəbərlər