SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ən populyar istiqamətlər - Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayır. Bu təklif sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 manatdan başlayaraq, gediş-gəliş isə 180 manatdan başlayaraq təşkil edir. Bu, Gürcüstanın gözəlliyindən, zəngin irsindən və gözəl memarlığından zövq almaq üçün əla fürsətdir.

Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 manatdan başlayaraq, gediş-gəliş isə 347 manatdan başlayan qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin səfərləri zamanı rahatlığını təmin edəcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 manatdan başlayaraq, gediş-gəliş aviabiletini - 437 manatdan başlayaraq təklif edir. Bu kosmopolit şəhərə baş çəkin və onun dəbdəbəsindən zövq alın.

Xüsusi təklif 1 noyabr 2023-cü il - 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, bu təklif məhdud saydadır, ona görə də aviabiletləri indidən bron etmək fürsətini qaçırmayın!

BAKU.WS