SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavodundan 57-dən çox avtomobil dövlət qeydiyyat nişanları və 8 sürücülük vəsiqəsi tapılıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, tapılan bu əşyalar "Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin “Tap qaytar” adlı yeni layihəsi çərçivəsində dövlət yol polisi əməkdaşlarına təqdim edilib.

Tapılan 57 avtomobil nömrəsinin 8-i xarici ölkə vətəndaşına məxsus olan avtomobil qeydiyyat nişanlarıdır.

Ən diqqətçəkən avtomobil nömrələri 90-UE-900, 10-KK-104, 10-SS-557-dir.

BAKU.WS
QALEREYA